Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Futbol üzrə klublararası dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Borussiya Dortmund" "Mamelodi Sandauns"la qarşılaşıb.
Azarkeşlər bu görüşdə 7 qola şahidlik ediblər. Oyun Bundesliqa təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
"İnter" isə "Urava Reds" üzərində 2:1 hesablı əzmkar qalibiyyətə sevinib.
F qrupu
II tur
20:00. "Mamelodi Sandauns" - "Borussiya Dortmund" - 3:4
E qrupu
II tur
23:00. "İnter" - "Urava Reds" - 2:1