DÇ finallarında 48 ildən sonra ilk yaşanacaq

19.07.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

DÇ finallarında 48 ildən sonra ilk yaşanacaq

DÇ-2026-nın Argentina - İspaniya finalı dünya çempionatları tarixində diqqətçəkən hadisə ilə yadda qalacaq.

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin məlumatına görə, 1978-ci ildən bəri ilk dəfə dünya çempionatının finalında "Bavariya"nın heç bir futbolçusu iştirak etməyəcək.

Almaniya nəhəngi son 12 dünya çempionatının finalında ən azı bir futbolçu ilə təmsil olunurdu və bununla təxminən 48 il davam edən unikal seriyaya sahib idi.

Lakin bu dəfə nə Argentina, nə də İspaniya millisinin heyətində "Bavariya"nın futbolçusu yer alıb.

Qeyd edək ki, Münhen klubunun təmsil olunmadığı son dünya çempionatı finalı 1978-ci ildə Argentina ilə Niderland arasında keçirilmişdi. İndi isə 48 ildən sonra həmin statistika yenidən təkrarlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью