DÇ: Güləşçilərimiz üçün medal şansı | Icma.az
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatına (qeyri-olimpiya çəkiləri) yekun vurulacaq.
QOL.az xəbər verir ki, son gündə Azərbaycan millisinin 3 güləşçisi təsəlliverici görüşlərə çıxacaq.
61 kq çəki dərəcəsində təmsilçimiz Nurəddin Novruzov Peter Hammerlə (Kosta-Rika) qarşılaşacaq.
Orxan Abasov (79 kq) təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) üz-üzə gələcək.
Abubakr Abakarov (92 kq) isə təsəlliverici görüşdə Devid Teylorla (ABŞ) güləşəcək.
Qeyd edək ki, DÇ-də Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıblar.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu