DÇ: Güləşçimiz mübarizəni dayandırıb

27.07.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Azərbaycanın yunan-Roma güləşçisi Emin Baxşəliyev Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, 110 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Serbiya təmsilçisi Andrey Simiçlə qarşılaşıb.

Gərgin keçən görüşdə Baxşəliyev 3:4 hesabı ilə məğlub olaraq yarışla erkən vidalaşıb.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir və avqustun 2-dək davam edəcək.

Dünya çempionatında ilk rəqiblər müəyyənləşib Dünya çempionatında Azərbaycanı dörd hakim təmsil edəcək Ermənistan güləşçiləri Azərbaycana gəlir Hacı Əliyev: “Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm” Dünya çempionatının biletləri satışa çıxarılıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью