Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
DÇ-2026-nın 1/16 final mərhələsində Avstraliya yığmasını mübarizədən kənarlaşdıran Misir millisinin müdafiəçisi Məhəmməd Hani mundiallar tarixinin antirekorduna imza atıb.
Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu son oyunda avtoqol müəllifi olaraq arzuolunmaz statistika ilə diqqət çəkib.
O, qrup mərhələsinin ilk turunda Belçika ilə keçirilən görüşdə (1:1) də topu öz qapısından keçirmişdi.
Beləliklə, Hani statistikanın aparıldığı 1966-cı ildən bəri dünya çempionatlarında bir turnirdə iki dəfə qapıları dəyişik salan ilk futbolçu ünvanına sahib çıxıb.
Misir 1/8 finalda Argentina ilə qarşılaşacaq.
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı iyunun 11-də başlayıb. Turnir 19 iyulda yekunlaşacaq.
Nihat