DÇ matçının hakimi dəyişdi!

13.06.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

İyunun 11-də start götürən dünya çempionatında 1-ci turun oyunları davam edir.

Bu arada bir qarşılaşmanın hakimi dəyişdirilib. İngiltərəni bu turnirdə iki hakim - Maykl Oliver və Entoni Teylor təmsil edir. Ölkəsinin ən təcrübəli hakimlərindən olan, indiyə qədər premyer-liqada 427 oyun idarə edən Maykl Oliver E qrupundakı Kot d'İvuar - Ekvador matçına təyinat almışdı. Onun köməkçiləri Stüart Bert və Ceyms Meynuerinq olmalı idi. Amma FIFA tərəfindən cümə günü axşam paylaşılan xəbərdə Oliverin zədə üzündən bu oyundan çıxarıldığı bildirilib. Onu fransalı Fransua Letesye əvəzləyib. Bu hakim son Avropa Çempionatının, eləcə də son Avropa Liqasının finalını idarə edib. Letesyenin köməkçiləri Siril Munye və Mehdi Rahmuni olacaq.
41 yaşlı Oliver DÇ-2022-də qrup mərhələsinin iki oyununda, eləcə də Xorvatiyanın Braziliyanı penaltilər seriyasında məğlub etdiyi 1/4 finalda fit sahibi olmuşdu. Amma onun zədəsi görünür, çox da ciddi deyil.
FİFA-nın açıqlamasında qeyd olunub ki, Oliverə növbəti turlarda oyun veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью