DÇ: Messi het trik etdi, Argentina darmadağınla qələbə qazandı

17.06.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Dünya çempionatında J qrupunun növbəti qarşılaşması baş tutub.

Milli.Az xəbər verir ki, Argentina millisi Əlcəzair yığması ilə üz-üzə gəlib. Kanzas stadionunda keçirilən görüş Cənubi Amerika təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 3:0 olub. Argentina komandasının bütün qollarını kapitan Lionel Messi vuraraq görüşün əsas qəhrəmanına çevrilib.

Beləliklə, argentinalılar qrup mərhələsində vacib üç xal qazanıblar.

Qeyd edək ki, J qrupunda daha bir qarşılaşma Avstriya və İordaniya milliləri arasında keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью