DÇ: Millimiz 3 cü yer uğrunda matçda məğlub olub YENİLƏNİB

16.10.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında medalsız qalıb.

Apasport.az xəbər verir ki, İlkin Hacıyevin baş məşqçisi olduğu komanda üçüncü yer uğrunda görüşdə Macarıstan millisinə məğlub olub.

Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə rəqib 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Rumıniyaya 0:2 hesabı ilə uduzub.

Yığma daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Çexiya komandalarını 4:2, Slovakiya seçməsini isə 3:2 hesabı ilə məğlub edib. Rumıniya ilə görüş isə 3:3 hesabı ilə başa çatıb.

ÇL: Həftənin ən yaxşı futbolçusu BƏLLİ OLDU Azərbaycan millisi ev oyununu Lənkəranda keçirəcək Günün canlı yayımlanacaq matçları - TV AFİŞA ÇL: Həftənin futbolçusu adına namizədlər bəlli olub Çempionlar Liqasında II turdan sonra turnir cədvəli – FOTO
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью