Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən güləşçi final görüşündə Özbəkistan təmsilçisi Bunyod Həsənova məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Bununla da Azərbaycan millisinin mundialdakı medal sayı 5-ə çatıb.
Daha əvvəl Əli Cavadlı (45 kq), İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.
U-17 DÇ: Qaratel Quliyeva ilk görüşdə məğlub oldu U-17 DÇ: Zöhrab Səfərov medal şansını itirdi U-17 DÇ: Bu gün Azərbaycanın 8 güləşçisi xalçaya çıxacaq İsfahan Həsənov dünya ikincisi oldu – Azərbaycan üçün üçüncü medal DÇ: Orxan Həbibli bürünc medal qazandı