DÇ: millinin ilk qələbəsi darmadağınla oldu

28.06.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün II tura start verilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi də növbəti oyuna çıxıb. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Sloveniya ilə qarşılaşıb. Görüş millinin darmadağını ilə başa çatıb.

Milli ilk oyununda Bəhreynlə heç-heçə edib – 1:1.

Minifutbol üzrə dünya çempionatı
Qrup mərhələsi, II tur

23 may

A qrupu

Sloveniya – Azərbaycan 0:4
Qollar: Elvin Əlizadə 8, Mirmehti Rzayev 10, Xətai Bağırov 24, Kamran Abdullazadə 39

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью