DÇ nin finalını idarə edəcəyini öyrənib ağladı Video

17.07.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Sloveniyalı hakim Slavko Vinçiç Dünya Kuboku finalının baş hakimi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) məlumat yayıb.
46 yaşlı Vinçiç 2010-cu ildən bəri FIFA sertifikatlı hakimdir. O, 2024-cü il Çempionlar Liqasının finalını idarə edib və hazırkı Dünya Kubokunda dörd oyunda baş hakimlik edib.
FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina bu qərarı açıqladıqdan sonra o, göz yaşlarını saxlaya bilməyib.
Həmin anları əks etdirən kadrlar sosial mediada yayılıb.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi


Qeyd edək ki, 46 yaşlı referiyə həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını iordaniyalı Adham Mahadme yerinə yetirəcək. Ehtiyat köməkçi hakim isə onun həmyerlisi Məhəmməd Əl-Kalaf olacaq.
Xatırladaq ki, İspaniya-Argentina finalı iyulun 19-da Nyu-Yorkda keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью