DÇ nin qaliblərinə ilk dəfə çempionluq üzüyü veriləcək

17.07.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Dünya Kuboku finalında qalib gələn milli komandanın oyunçuları və məşqçi heyəti ilk dəfə çempionluq üzükləri alacaqlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, cəmi 2026 üzük hazırlanacaq. Onlardan 30-u oyunçular üçün ayrılacaq. Qalan 1996-sını isə dünya üzrə azarkeşlər alacaq.
Hər üzük fərdi olaraq nömrələnəcək, xüsusi olaraq sahibinin ölçüsünə uyğun hazırlanacaq və orijinallıq sertifikatı ilə müşayiət olunacaq. Dünya Kuboku finalından sonra qalib komandanın kapitanı və baş məşqçisi müvəqqəti, daha sonra isə fərdi üzüklər alacaq.
Çempionluq üzükləri tarixdə ilk dəfə Dünya Kuboku qaliblərinə veriləcək.
Qeyd edək ki, üzüklərin verilməsi ənənəsi Şimali Amerika idman liqalarında məşhurdur.
Xatırladaq ki, Dünya Kubokunun finalında Argentina və İspaniya üz-üzə gələcək. Qarşılaşma iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək və oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью