DÇ öncəsi Fransada kriz: Yenə Mbappe...

06.06.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Fransa millisində Dünya Çempionatının başlamasına yaxın xoşagəlməz hal yaşanıb.

Apasport.az xəbər verir ki, komandanın soyunub geyinmə otağında Mbappe ilə Nqolo Kante arasında soyuq münasibət gündəm olub.

Belə ki, komanda yoldaşlarıyla bir-bir əl verib görüşən Mbappe, Kanteylə görüşməyib.

Hadisənin ardınca Fransanın sabiq futbolçusu Tieri Anri Mbappeni dərt sərt tənqid edib:

"Qazanılan kuboklar səni böyük futbolçu edər. Amma əfsanə olmaq istəyirsənsə, insanlara, ətrafındakılara qarşı yanaşma tərzinlə bunu göstərməlisən. Əgər Kante kimi adam belə sənə düşmən olubsa, günah səndədir. Dünyanın geri qalanını günahlandırmaqdan əl çək".

Xatırladaq ki, daha əvvəl baş tutan yoxlama oyunlarından birində Mbappe sonradan meydana girərkən kapitanlıq sarğısını daşıyan Kantedən sarğını təhvil verməsini tələb etmişdi. Bu hərəkət futbol ictimaiyyətində birmənalı qarşılanmamışdı. 

“Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab DÇ-də istilər də rəqib olacaq – Norveç millisi ilk siqnalı verdi İran millisi DÇ üçün ABŞ vizasına müraciət etdi “Beşiktaş”dan dünya çempionuna maraq – Təklif göndəriləcək Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью