DÇ qəhrəmanından sürpriz addım

01.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Kabo-Verde milli komandasının qapıçısı Vozinya karyerasını Mərakeşdə davam etdirməyə yaxındır.

Futbolpress.az “Globo” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı qolkiper “Berkan” klubu ilə danışıqların son mərhələsindədir.

DÇ-2026-da sərgilədiyi oyunla diqqət çəkən təcrübəli əlcək sahibinin əslində Çilinin “Kolo-Kolo” klubuna keçəcəyi gözlənilirdi. Hətta Çili təmsilçisi bu transferi elan etmişdi.

Proqrama əsasən, Vozinya iyulun 28-də “Kolo-Kolo”nun düşərgəsinə qoşulmalı idi, lakin onun gəlişi iki dəfə təxirə salındı və nəticədə futbolçu komandanın bazasına gəlmədi. Yaranmış vəziyyətdən istifadə edən Mərakeş klubu təcrübəli qolkiperi heyətinə qatmaq üçün fəal addımlar atmağa başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью