DÇ: Qrup mərhələsinə yekun vuruldu

27.05.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında qrup mərhələsi başa çatıb.

Fanat.Az xəbər verir ki, bu gün 8 görüş baş tutub.

Oyunlar Milli Gimnastika Arenasında keçirilib.

E qrupunda yer alan Monteneqro millisi İndoneziyanı asanlıqla yenib - 4:0. Qrupun digər matçında Tailand əvvəlki iki görüşdə də uduzan Kosta Rikanı 4:1 hesablı məğlubiyyətə uğradıb. Beləliklə, bu qrupda Monteneqro və Tailand seçmələri 1/8 finala yüksəliblər.

E qrupu

1. Monteneqro — 7 xal

2. Tailand — 7 xal

3. İndoneziya — 3 xal

4. Kosta Rika — 0 xal

F qrupunda Polşa - Bosniya və Herseqovina bərabərliyə razılaşıblar - 1:1. Qazaxıstan isə ABŞ-ni 5:3 hesabı ilə üstələyib. Polşa və Bosniya və Herseqovina 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar. 

F qrupu

1. Bosniya və Herseqovina — 5 xal

2. Polşa — 5 xal

3. Qazaxıstan - 4 xal

4. ABŞ — 1 xal

2:2 hesablı heç-heçə edən Çexiya və Gürcüstan (2:2) yığmaları G qrupunu ilk iki sırada tamamlayaraq növbəti mərhələyə adlayıblar. BƏƏ Argentinaya 4:1 hesabı ilə qalib gəlib, lakin hər iki komanda mübarizəni dayandırıb.

G qrupu

1. Çexiya— 7 xal

2. Gürcüstan - 7 xal

3. BƏƏ — 3 xal

4. Argentina — 0 xal

H qrupunda Qana üzərində qələbə qazanan (2:1) Serbiya qrup birinciliyini təmin edib. İspaniyanı məğlub edən (4:2) İsrail isə qrup ikincisi olub.

H qrupu

1. Serbiya — 9 xal

2. İsrail— 6 xal

3. İspaniya— 3 xal

4. Qana — 0 xal

Qeyd edək ki, 1/8 final mərhələsində mübarizəyə sabah start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью