DÇ: Qurban Məcnunov mundiala qələbə ilə başladı

27.07.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.

Apasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Qırğızıstan təmsilçisi Alixan Minazarovla qarşılaşıb.

Məcnunov rəqibinə 9:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı avqustun 2-dək davam edəcək. 

Ermənistan güləşçiləri Azərbaycana gəlir Hacı Əliyev: “Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm” Dünya çempionatının biletləri satışa çıxarılıb Güləşçimizdən Budapeştdə qızıl medal Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına rekord sayda iştirakçı qatılacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью