Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kürasao milli komandasının Dünya Çempionatına gedişi maraqlı anlarla yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, komanda pəncərəsiz, köhnə tipli məktəb avtobusu ilə DÇ-yı yollanıb.
Sadə görünüşə baxmayaraq, avtobusun içində səslənən musiqi və futbolçuların yüksək əhval-ruhiyyəsi diqqətdən qaçmayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə futbolçuların ritmə uyğun şəkildə mahnı oxuduğu pozitiv anlar əks olunub.
Avtobusun retro görünüşü isə izləyicilər tərəfindən maraqla qarşılanıb.