DÇ: “Yuventus” və Siti dən darmadağın, “Real”dan inamlı qələbə YENİLƏNİB

23.06.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin ikinci turuna yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün ilk görüşündə G qrupunda “Yuventus” “Vidad”la qarşılaşıb.

Türkiyə millisinin üzvü Kenan Yıldızın ulduzlaşdığı oyunda Turin təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. 20 yaşlı forvard bu matçda het-trikə imza atıb.

H qrupunda “Real” “Paçuka” ilə qarşılaşıb. Arda Gülerin bir qolla yadda qaldığı matçda “kral klubu” rəqibini 3:1 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb.

Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, II tur

G qrupu

20:00 Yuventus – Vidad 4:1
05:00 Mançester Siti – Əl Əyn 6:0

H qrupu

23:00 Real – Paçuka 3:1
02:00 Zalsburq – Əl Hilal 0:0

KDÇ: “Palmeyras” - “Əl Əhli” oyunu yarımçıq dayandırıldı DÇ: “Real” “Əl-Hilal”la bacarmadı DÇ: “Siti”dən uğurlu start KL: “Başakşəhər” Bolqarıstan klubuna rəqib oldu KL: “Zirə" “Hayduk”a, “Araz-Naxçıvan” “Aris”ə rəqib oldu - YENİLƏNİB
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью