DÇ2026: Milllimizin rəqibləri bilindi

13.12.2024

Icma.az bildirir, Fanat portalına istinadən.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, final mərhələsinə vəsiqələr uğrunda mübarizəyə başlayacaq 54 komanda 12 qrupa bölünüb.

Bu qrupların altısında 4, altısında 5 komanda yer alıb. 

Püşkatmaya 4-cü səbətdə qatılan Azərbaycan millisinin də seçmə mərhələdəki rəqibləri müəyyənləşib. Yığmamız D qrupunda yer alıb.

Portuqaliyalı Fernandu Santuşun baş məşqçisi olduğu millinin qrupunda 5 komanda mübarizə aparacaq. Yığmamız Fransa və Xorvatiya cütünün qalibi, o cümlədən, Ukrayna, İslandiya və ilə üz-üzə gələcək.

Qeyd edək ki, seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yeri tutanlar pley-offda iştirak hüququ qazanacaqlar. 2026-cı ildə Kanada, Meksika və ABŞ-də təşkil olunacaq dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə gerçəkləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью