DÇ2026nın seçmə mərhələsinin qrupları məlum oldu

13.12.2024

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində baş tutub. Azərbaycan yığması D qrupunda UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya yığmaları ilə qarşılaşacaq.

Qruplardakı ilk komandaların adları Millətlər Liqasında pley-off mərhələsinin oyunlarından sonra dəqiqləşəcək.

A qrupu: Almaniya/İtaliya cütünün qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq
B qrupu: İsveçrə, İsveç, Sloveniya, Kosovo,
C qrupu: Portuqaliya/Danimarka cütünün məğlubu, Yunanıstan, Şotlandiya, Belarus
D qrupu: Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna, İslandiya, Azərbaycan
E qrupu: İspaniya/Niderland cütünün qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan
F qrupu: Portuqaliya/Danimarka cütünün qalibi, Macarıstan, İrlandiya, Ermənistan
G qrupu: İspaniya/Niderland cütünün məğlubu, Polşa, Finlandiya, Litva, Malta
H qrupu: Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Kipr, San-Marino
I qrupu: Almaniya/İtaliya cütünün məğlubu, Norveç, İsrail, Estoniya, Moldova
J qrupu: Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn
K qrupu: İngiltərə, Serbiya, Albaniya, Latviya, Andorra
L qrupu: Fransa/Xorvatiya cütünün məğlubu, Çexiya, Monteneqro, Farer adaları, Cəbəllütariq

Seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. .

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Millinin DÇ-2026-dakı rəqibləri məlum oldu

13 Dekabr 2024, 15:54

Əsas xəbərlər, Ölkə futbolu DÇ-2026: millinin rəqibləri məlum olacaq

13 Dekabr 2024, 12:00

Dünya futbolu, Əsas xəbərlər DÇ-2026-nın favoritləri açıqlandı – “10-luq”

22 Noyabr 2024, 10:52

Dünya futbolu, Əsas xəbərlər DÇ-2026: Argentinadan qələbə, Braziliyadan heç-heçə

20 Noyabr 2024, 8:50

Dünya futbolu, Əsas xəbərlər DÇ-2026: Braziliyadan heç-heçə, Argentina uduzdu

15 Noyabr 2024, 8:39

Dünya futbolu, Əsas xəbərlər Uruqvay millisi autsayderə uduzdu

12 Oktyabr 2024, 9:45

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью