DÇ2034ün finalı bu stadionda keçiriləcək

30.11.2024

Anews saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

DÇ-2034-ün final oyununun keçiriləcəyi stadion bəlli olub.Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Mundialın həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək.

Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatı oyunlarına ev sahibi olacaq.

Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.
www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью