DÇnin finalı Kral Salmanda baş tutacaq

30.11.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

DÇ-2034-ün final oyununun keçiriləcəyi stadion bəlli olub. Sport24.az xəbər verir ki, bunu FİFA-nın mətbuat xidməti açıqlayıb.

Mundialın həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək. Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatının oyunlarını qəbul edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью