“De Blekere Bakıdadı, sadəcə...” belçikalı niyə danışmır?

24.05.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere sonuncu dəfə aprelin 24-də mübahisəli epizodla bağlı şərh verib.

Daha dəqiqi, ölkə kubokunun yarımfinal mərhələsində "Qarabağ" - "Araz-Naxçıvan" oyunundakı mübahisəli epizodlarla bağlı fikrini ictimaiyyətə çatdırıb. O vaxtdan bəri çempionatda 4 tur keçirilib, müəyyən mübahisəli məqamlar olub, lakin De Blekeredən səs-soraq yoxdu. Hətta oyunsonrası mətbuat konfranslarında hakimlər açıq şəkildə tənqid olunub. Amma Hakimlər Komitəsinin sədri...
Belədə istər-istəməz sual yaranır: bəlkə belçikalı funksioner ölkəni tərk edib. De Blekere Bakıdadımı, oyunların təhlili ilə məşğul olurmu? Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:

“De Blekere Bakıdadı, sadəcə, hər epizoda şərh verməlidi kimi bir anlayış yoxdu”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью