De Blekere hardadı? AFFA da bilmir

04.06.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mayın 31-də keçirilən ölkə kubokunun finalından (“Qarabağ” – “Sabah” 2:3) sonra nəticədən daha çox hakim qərarları müzakirə olundu.

Hər iki tərəfə münasibətdə kobud səhvlər edən İnqilab Məmmədovun qərarları ilə bağlı hələ ki heç bir rəsmi açıqlama yoxdu. Futbol ictimaiyyəti bütün belə hallarda olduğu kimi Hakimlər Komitəsinin sədri Frank De Blekeredən açıqlama gözləyir.
Bəs De Blekere hardadı? Ondan nə xəbər? “Football-plus.az”ın sualına AFFA-nın departament rəhbəri Elnur Məmmədli cavab verdi:

“Olanda xəbər edəcəyik”.

MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью