De Blekere MPLin 14cü turundakı mübahisəli epizodları şərh etdi

25.11.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının 14-cü turundakı oyunlarda mübahisəli epizodları şərh edib.

Fanat.Az xəbər verir ki, mütəxəssis baş tutan 5 oyunun hər birindəki hakim idarəçiliyinə qiymət verib.

“Kəpəz” – “Araz-Naxçıvan”
Oyundankənar vəziyyət səbəbindən ləğv edilən qollar: 8 və 75-ci dəqiqələrdə iki qol ləğv edildi. Hər iki qərar düzgün idi və VAR tərəfindən təsdiqləndi.

“Səbail” – “Qarabağ”
Penalti epizodu: 90+3-cü dəqiqədə hakim penalti verməmək qərarına gəldi. Çünki “Səbail”in 36 nömrəli futbolçusunun (Azad Əsgərov) “Qarabağ”ın 7 nömrəli oyunçusu (Yassin Benzia) ilə mümkün təması çox zəif idi və hücumçu asanlıqla yıxıldı. VAR bu vəziyyəti yoxladı və hakimin qərarını təsdiqlədi.

“Neftçi” – “Zirə”
Hesaba alınan qol: 68-ci dəqiqədə “Neftçi”nin qolu təsdiq edildi, çünki hücüm zamanı top meydanı tərk etməmişdi. VAR bu vəziyyəti yoxladı və qolu təsdiqlədi.

“Turan Tovuz” – “Sabah”
Matçda mübahisəli epizod yoxdur.

“Sumqayıt” – “Şamaxı”
Penalti epizodu: 74-cü dəqiqədə künc zərbəsindən sonra cərimə meydanında əllə oyuna görə VAR müdaxilə etdi. Top “Şamaxı”nın 8 nömrəli oyunçusunun (İlkin Muradov) əlinə dəydi. Oyunçunun əli qeyri-təbii vəziyyətdə, çiyin üzərində və bədəndən aralı idi. VAR müdaxiləsi və hakimin penalti vermək qərarı doğrudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью