De Blekerenin izahatı tərcümə olunur AFFA dan açıqlama

07.10.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli premyer-liqasının 7-ci turunun “Zirə” – “Neftçi” oyunundakı hakim qərarları ciddi mübahisə doğurdu.

Futbol ictimaiyyəti AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekeredən açıqlama gözləyir. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov “Football-plus.az”a açıqlamasında da De Blekerenin açıqlama verəcəyini bildirmişdi. Bəs açıqlama nə vaxt olacaq? Bunu Murad Axundovdan soruşduq.
Məlum oldu ki, açıqlama hazırdı, indi tərcümə olunur, çox güman, bu gün paylaşılacaq.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью