De Brüyne bu yay “Napoli”ni tərk edə bilər

26.07.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

De Brüyne bu yay “Napoli”ni tərk edə bilər

Kevin de Brüyne bu yay “Napoli”ni tərk edə bilər.

QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Belçikalı futbolçu klubun baş məşqçisi Massimiliano Alleqrinin planlarına daxil deyil. İtaliyalı mütəxəssis onu komandanın aparıcı simalarından biri kimi görmür.

De Brüynenin hələ 1+1 illik müqaviləsi olsa da, yarımmüdafiəçinin “Napoli”dəki gələcəyi sual altındadır.

35 yaşlı futbolçu ötən mövsüm 21 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью