De Bruyne “Mançester Siti”dən ayrıla bilər

26.11.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi hələ qərar vermədiyini deyib:

“Klubdakı gələcəyim? Hələ bilmirəm. Düzü, mövsümün əvvəlində bilirdim ki, danışıqlar tez zamanda başlayacaq. Lakin zədələnəndən sonra vəziyyət dəyişdi, bir neçə həftə oynamadım. Ötən yay da söhbətimiz olmuşdu, amma zədələndiyim üçün danışıqlar aparmaq istəmədim. Tələsməyə ehtiyac yoxdur. Hansısa narahatlıq hiss etmirəm.

İndi vəziyyət qeyri-müəyyəndir. Danışıqlar olacaq, yoxsa bu mövsüm “Mançester Siti”dəki sonuncu ilim olacaq, bilmirəm. Mən sadəcə keyfiyyətli futbol oynamaq istəyirəm”.

De Bruynenin müqaviləsi mövsümün sonuna qədərdir. 33 yaşlı futbolçu bu “futbol ili”ndə 9 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Böyük beşlik, Əsas xəbərlər Qvardiola bu günü də gördü

24 Noyabr 2024, 14:45

Böyük beşlik, Əsas xəbərlər “Son 8 ildə bu vəziyyətə düşməmişdik”

24 Noyabr 2024, 9:12

Böyük beşlik, Əsas xəbərlər “Mançester Siti”də ciddi itki

23 Noyabr 2024, 13:14

Böyük beşlik, Əsas xəbərlər Slot: “Qvardiola Premyer Liqanın ən yaxşı məşqçisi sayıla bilər”

23 Noyabr 2024, 10:52

Böyük beşlik, Əsas xəbərlər Qvardiola “Mançester Siti”də qalacaq

20 Noyabr 2024, 10:50

Böyük beşlik, Əsas xəbərlər Haalanda fantastik təklif

18 Noyabr 2024, 9:25

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью