De Brüyne seçim arasındadır

21.05.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Mançester Siti"nin futbolçusu Kevin De Brüyne yaxın zamanda gələcəyi ilə bağlı qərar verəcək. 

QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin bir neçə təklifi var. 

Hazırda "Napoli" 33 yaşlı oyunçunu transfer etmək üçün vacib addım atıb. İtaliya klubu bu keçidi artıq reallaşdırmağa hazırdırlar. Həmçinin, ABŞ-ın "Çikaqo Fayr" klubunun De Brüyneyə göndərdiyi təklif hələ də qüvvədədir. 

Bildirilir ki, futbolçu ailəsi ilə birgə bu qərarı verəcək. 

Qeyd edək ki, Kevin De Brüyne hazırkı mövsümün sonunda "Mançester Siti"ni tərk edəcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью