De Bruyne “Siti”də qalmaq istəyir

30.01.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Siti”nin üzvü Kevin De Bruyne komandadan ayrılmaq istəmir.

Apasport.az xəbər verir ki, futbolçu mövsümün sonunda bitəcək müqaviləsini uzatmaq üçün klubla yaxın zamanda danışıqlara başlayacaq.

Belçikalı oyunçunun bu qərarında ailəsinin xoşbəxtliyinin mühüm amil olduğu bildirilib.

Xatırladaq ki, 33 yaşlı yarımmüdafiəçi 2015-ci ildə “Volfsburq”dan 76 milyon avro qarşılığında “Siti” yə transfer olunub.
Qeyd edək ki, Belçika millisinin üzvü bu mövsüm “şəhərlilər”in heyətində 23 rəsmi matçda 2 qol, 6 assistlə yadda qalıb.

“Leypziq” Xavini transfer etdi - rəsmi Ziyeş “Al-Duhail”də - Rəsmi Şkriniar rəsmən "Fənərbaxça"da “Əl-İttifaq” Cerrardı göndərdi - rəsmi Karlo Ançelottidən unikal nailiyyət
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью