De Bruyne “Siti”dəki gələcəyindən danışdı

21.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne komandadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Publika.az xəbər verir ki, “şəhərlilər”in belçikalı ulduzu deyib:

“Mən hələ klubla danışmamışam. Formaya düşmək istəyirdim. Mən bunu bacardım. Buna görə də indi xoşbəxtəm. Gəlin görək gələcəkdə nə olacaq”.

De Bruynenin "Mançester Siti" ilə müqaviləsi bu ilin yayında başa çatır. Bu mövsüm 33 yaşlı belçikalı komandanın heyətində 20 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью