De Bruyne üçün İtaliya iddiası

13.05.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Mançester Siti”dən ayrılacağını açıqlayan Kevin de Bruyne karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Napoli” belçikalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Canluka Di Marzio məlumat yayıb. Neapol klubu artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Kevinin adı daha əvvəl “Liverpul”la hallanırdı.

Yarımmüdafiəçi bu mövsüm 36 oyunda 6 qol vurub, 8 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью