De Bruyne üçün növbəti variant

10.05.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kevin De Bruynenin mövsümün sonunda “Mançester Siti”ni tərk edəcəyi məlumdu.
"Football-plus.az" xəbər verir ki, belçikalı yarımmüdafiəçi karyerasını “Arsenal”da davam etdirə bilər.
Yerli mətbuatın məlumatına görə, onun xidmətində “Arsenal”ın baş məşqçisi Mikel Arteta maraqlıdı. O, komandasına təcrübə və yaradıcılıq qatmaq üçün De Bruyneni sərəncamında görmək istəyir.
Kevin bu mövsüm MS-nin heyətində bütün yarışlarda 36 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью