De Brüyne üçün transfer təklifi göndərdilər

18.11.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə NOS nəşri məlumat yayıb.

PSV 35 yaşlı belçikalı futbolçu üçün təxminən 2 milyon avro təklif edib. "Napoli"nin bu təklifə münasibəti hələlik məlum deyil. Lakin qarşı tərəfin daha yüksək məbləğ tələb edəcəyi gözlənilir.

De Brüynenin özü də PSV-yə keçməkdə maraqlıdır. Yarımmüdafiəçi ailəsi ilə birlikdə Belçikaya qayıtmaq istəyir. Bu, ona Eyndhoven şəhərinə rahat şəkildə gedib-gəlmək imkanı verəcək. Futbolçu transferin reallaşması üçün maaşında ciddi azalmaya getməyə də hazırdır.

Qeyd edək ki, De Brüyne 2025-ci ilin yayında azad agent kimi "Mançester Siti"dən "Napoli"yə keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.

Belçikalı futbolçu cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью