Icma.az bildirir, Qol.az portalına istinadən.
“Napoli”nin yarımmüdafiəçisi Kevin De Brüynenin qış transfer pəncərəsində klubu tərk edə biləcəyi iddia olunur.
QOL.az xəbər verir ki, bu barədə İtaliyanın “Il Mattino” nəşri məlumat yayıb.
Buna səbəb 35 yaşlı belçikalı futbolçunun komandanın bir neçə üzvü ilə münasibətlərinin gərginləşməsidir. Onun hücumçu daha çox Rasmus Hoylund və komandanın kapitanı Covanni Di Lorenso ilə fikir ayrılığı yaşadığı bildirilir.
Məlumata görə, “Napoli” rəhbərliyi futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam vermək variantını nəzərdən keçirir. Klub bununla onun illik 6 milyon avro təşkil edən maaşına qənaət etməyi planlaşdırır.
De Brüynenin “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
İnsayder Nikolo Şiranın məlumatına görə, futbolçunun xidmətində ən çox maraqlı olan klub Niderland PSV-sidir. Eyndhoven təmsilçisi artıq rəsmi təklif hazırlayır və futbolçunun agenti ilə ilkin danışıqlar aparıb.