De Bruynenin qarşısında 3 yol var İdman və Biz

29.11.2024

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanın 3 klubu Kevin De Bruyne ilə maraqlanır.

İdman.biz xəbər verir ki, belçikalı yarımmüdafiəçi mövsümün sonunda Asiya ölkəsinə yollana bilər.

33 yaşlı futbolçu "Əl-Nəsr", "Əl-Əhli" və "Əl-Kadisiya" klublarının hədəfinə düşüb. 2025-ci ilin yayında "Mançester Siti" ilə müqavilə müddəti bitəcək ulduz futbolçunin ABŞ çempionatına yollanmaq ehtimalı da var. Hələlik, "şəhərlilər"dən yeni təklif almayan Kevin yanvardan sonra yekun qərarını verəcək.

Qeyd edək ki, 2024/2025 mövsümündə Belçika yığmasının futbolçusu 10 oyunda 1 qol və 1 ötürmə ilə yadda qalıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью