De Bruynenin vida oyunu “Siti” qələbə qazandı

21.05.2025

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərə Premyer Liqasında XXXVII turun oyunları başa çatıb.

Apasport.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.

“Mançester Siti” doğma meydanda “Bornmut”u qəbul edib. Dörd qolun qeydə alındığı matçda “şəhərlilər” rəqibini 3:1 hesabı ilə məğlub ediblər.

Bu görüş həm də Kevin De Bruynenin “Mançester Siti”nin heyətində son oyunu olub. Belçikalı futbolçu azarkeşlərlə vidalaşıb.

Günün digər qarşılaşmasında isə “Kristal Pelas” öz meydanında “Vulverhempton”u 4:2 hesabı ilə məğlub edib.

İngiltərə Premyer Liqası
XXXVII tur

23:00. “Kristal Pelas” - “Vulverhempton” - 4:2 
23:00. “Mançester Siti” - “Bornmut” - 3:1

La Liqa: Çempion evdə məğlub oldu Super Liqa: “Qalatasaray” çempion Vardi son matçında 200-ə çatdı “Everton” “Qudison Park”la qələbə ilə vidalaşdı Emreli het-trik etdi, “Nürnberq” qələbə qazandı - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью