De Bur Ayaks Qalatasaray oyunu haqda nə dedi?

05.11.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

''Qalatasaray'' Çempionlar Liqasında ''Ayaks''la səfər oyununa hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, 3 turdan sonra aktivində xal olmayan Amsterdam nəhəngi üçün oyun mühüm əhəmiyyət kəsb edir.
Bu arada hər iki klubun formasını geymiş isimlərdən olan Frank de Bur qarşılaşma öncəsi açıqlamalar verib. Hazırda 55 yaşı olan De Bur 2003-cü ildə ''Barselona''dan İstanbula gəlmiş və bir mövsüm ərzində 23 oyuna çıxaraq aktivinə 1 qol, 2 məhsuldar ötürmə yazmışdı.
De Buru dinləyək:

''Qalatasaray'' uzun illərdi, Türkiyənin ən dominant klublarından biridi və çox səviyyəli futbolçulara sahibdi. Türkiyə futbolu Avropada o qədər də izlənilmir. Məsələn, ''Barselona''nı hər həftə izləyirik. Amma Türkiyə çempionatı az izlənir. Buna rəğmən ''Qalatasaray'' çox yaxşı təşkilatlanmış və güclü azarkeş ordusuna malik klubdu. ''Qalatasaray'' yaxşı günündədisə, Avropanın istənilən klubuna çətin anlar yaşada bilər. ''Ayaks'' pley-off ümidini davam etdirmək istəyirsə, mütləq qalib gəlməlidi. Düzgün planla meydana çıxsalar, hər şey mümkündü. ''Ayaks''ın qalib gəlmək şanslarının olduğunu düşünürəm''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью