De Byazi Fernandu Santuşdan danışdı

18.04.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi yığmamızın hazırkı çalışdırıcısı Fernandu Santuş haqqında danışıb.

QOL.az xəbər verir ki, o, “La Stampa”ya açıqlamasında portuqaliyalı mütəxəssisin təcrübəli olduğunu, lakin Azərbaycan millisində çətinlik yaşadığını deyib: 

“Albaniyada mənə tam sərbəstlik verildi. Nəticələr də özünü göstərdi. Mən Azərbaycan millisindəki işimdən də razı qaldım. İndi Azərbaycan millisinə Fernandu Santuş baş məşqçilik edir. Onun necə də böyük təcrübəsi var?! Lakin təəssüf ki,  Azərbaycan yığmasında çətinlik yaşayır".

Qeyd edək ki, De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью