De Byazi: “Qarabağ”ın maraqlı futbolçuları var

24.11.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi Çempionlar Liqasında keçiriləcək “Napoli” – “Qarabağ” oyunu haqda fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, mütəxəssis İtaliya mətbuatına müsahibəsində bunları deyib:

“Qarabağ”ın maraqlı futbolçuları var. Düzdür, dünya ulduzu deyillər, amma istənilən komandaya problem yarada biləcək səviyyədədirlər. Builki transferlərlə daha yüksək keyfiyyət tapıblar. İndi əvvəlkindən daha güclü və kompaktdırlar. Onların çıxışı məni təəccübləndirmir. Çempionatda rəqibləri yoxdur, Çempionlar Liqası da onların digər hədəfidir. Həm də bu turnirdən yaxşı maliyyə toplamaq niyyətindədirlər.

“Qarabağ”ın iki heyəti var: biri Liqa, biri Çempionlar Liqası üçün. Artıq neçə ildir, çempionatda dominantlıq edirlər. Faktiki olaraq hər il çempion olurlar. Son illər yalnız bir dəfə çempionluğu əldən verdilər. Kluba çox sərmayə qoyurlar, amma gəlirləri çox azdır. Çünki yerli çempionatı demək olar ki, heç kim izləmir”.

Qeyd edək ki, noyabrın 26-da keçiriləcək “Napoli” – “Qarabağ” oyununa saat 00:00-da start veriləcək.

Osimhen daha bir qarşılaşmanı buraxacaq Olimpiya çempionu vəfat edib Daha bir "Qalatasaray"lı İstanbul derbisini buraxacaq ÇL: “Qalatasaray”a tanış hakim “Napoli” – “Qarabağ” oyununun hakimləri açıqlanıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью