De Dzerbi, klub Premyer Liqada qalarsa, “Tottenhem”də işləməyə hazırdır

24.03.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“The Telegraph” qəzetinin məlumatına görə, “Brayton” və “Marsel”in keçmiş məşqçisi Roberto De Dzerbi, klub Premyer Liqadan düşməməsi təqdirdə, “Tottenhem”i çalışdırmağa hazır olduğunu bildirib.

Hazırkı beynəlxalq fasilə zamanı “Tottenhem” rəhbərliyi komandanın nəticələrini sabitləşdirə bilməyən müvəqqəti məşqçi İqor Tudorla bağlı qərar verməli olacaq. Mənbənin məlumatına görə, Tudor bu müddət ərzində vəzifəsində qalsa belə, növbəti mövsüm “Tottenhem”də davam etməyəcək. Klubun yeni daimi məşqçi tapması gözlənilir.

Bu vəzifəyə namizədlər arasında bu yay DÇ-2026-da ABŞ milli komandasını çalışdıracaq Maurisio Poçettino və yanvar ayında “Marsel”dən ayrıldıqdan sonra işsiz qalan De Dzerbi də var.

Klub Arne Slutla yollarını ayırmaq qərarına gəlsə, “Liverpul”a mümkün namizəd olmasına baxmayaraq, De Dzerbi “Tottenhem”dən təklif almağa açıqdır, lakin bu, yalnız komandanın Premyer Liqadakı yerini qoruması şərti ilə mümkündür.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью