De, gəlsin ekrana qayıdır

29.01.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

İllər əvvəl fəaliyyəti dayandırılmış ANS kanalında yayımlanan "De, gəlsin" meyxana yarışması yenidən ekrana qayıdır.

Axşam.az xəbər verir ki, bu barədə aktyor Elcan Rəsulov sosial şəbəkədə bildirib. O, aparıcı Emin Əfəndi ilə fotosunu izləyiciləri bölüşərək bunları yazıb:

"Tezliklə "De, gəlsin" olacaq. Əfsanəvi proyekt yeni stildə, dizaynda, müasir formatda və sintezatorsuz meyxana olacaq. Yalnız sözə üstünlük veriləcək. Ona görə söz bilənlər hazır olsun".

Qeyd edək ki, "De, gəlsin!" meyxana yarışmasının ilk aparıcısı Emin Əfəndi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью