Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İllər əvvəl fəaliyyəti dayandırılmış ANS kanalında yayımlanan “De, gəlsin” meyxana yarışması yenidən ekrana qayıdır.
Axşam.az xəbər verir ki, bu barədə aktyor Elcan Rəsulov sosial şəbəkədə bildirib.
O, aparıcı Emin Əfəndi ilə fotosunu izləyiciləri bölüşərək bunları yazıb: “Tezliklə “De, gəlsin” olacaq.
Əfsanəvi proyekt yeni stildə, dizaynda, müasir formatda və sintezatorsuz meyxana olacaq. Yalnız sözə üstünlük veriləcək.
Ona görə söz bilənlər hazır olsun”. Qeyd edək ki, “De, gəlsin!” meyxana yarışmasının ilk aparıcısı Emin Əfəndi olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.