De la Fuenta: “Oyunçularım doymurlar”

15.07.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuenta Avro-2024-ün 1/4 final mərhələsində Almaniyaya qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Yaxşı nəticəyə imza atdıq. Bunun dadını çıxarmalıyıq. Oyunçularım yarımfinala hazırdırlar. Yüksək səviyyədə oynayır və doymurlar. Belə futbolçulara rəhbərlik etdiyim üçün qürurluyam”.

İspaniya yarımfinalda Fransa ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью