Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuenta Kabo Verdeyə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Rəqibimiz fiziki cəhətdən çox güclü idi. Müdafiədə qapandılar və etibarlı oynadılar. Çox çalışdıq, fürsətlər yaratdıq, amma top qapıya girmək istəmədi. Futboldur, belə hallar qaçılmazdır. Böyüməyə davam etməliyik. Növbəti matça tam hazır olmalıyıq”.