De la Fuente: Flikin dedikləri məni maraqlandırmır

26.09.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Barselona”nın çalışdırıcısı Hans-Diter Flikin açıqlamasına cavab verib.

QOL.az xəbər verir ki, almaniyalı mütəxəssis daha öncə futbolçusu Lamin Yamalın yığma komandada zədəli oynadılmasına görə gileylənmişdi.

“(gülür) İndi və bu anda Flikin nə dediyini xatırlamıram. Açığı, məni maraqlandırmır da”, – deyə de la Fuente sport.es-ə istinadən bildirib.

Qeyd edək ki, “Barselona” milli komandaların sentyabr toplanışından sonra 18 yaşlı hücumçunun qasıq nahiyəsindən zədə aldığını açıqlamışdı. Yamal hazırkı mövsümdə La Liqada 3 oyuna çıxıb, 2 qol və 3 qolun ötürməsi ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью