De la Fuente: “Hər şeyi qazandıq”

20.07.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın finalında Argentina üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu nəslin böyük uğurlara imza atdığını bildirib:

“Futbolçularımla qürur duyuram. Onlar bu ideya ilə böyüdülər, ona sadiq qaldılar və inkişaf etdirdilər. Əsl komanda oyunu nümayiş etdirdilər. Onlar vahid kollektivdir, yüksək istedada malik böyük oyunçulardır. Çox qürurluyam, duyğularımı ifadə etmək çətindir. Bu nəsillə hər şeyi qazandıq.

Düşünürəm ki, matç daha tez başa çatmalı idi. Martinesin etdiyi seyvlər hesabı daha əvvəl açmağımıza imkan vermədi. Amma bu, dünya çempionatının finalıdır. Hətta on nəfərlə qalan rəqibə qarşı da sona qədər dözmək lazımdır. Biz hər cür ssenariyə hazır idik”.

Qeyd edək ki, DÇ-2026-nın finalında yeganə qolu əlavə vaxtın 106-cı dəqiqəsində Ferran Torres vuraraq İspaniyaya dünya çempionluğunu qazandırıb.

Tramp kuboku təqdim etdi, səhnəni tərk etmədi - FOTO Mbappe DÇ tarixinə düşdü – İlkə imza atdı Çempion İspaniya təltif olundu Unai Simon turnirin ən yaxşı qapıçısı seçildi Kubarsi turnirin ən yaxşı gənc futbolçusu seçildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью