De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi

19.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının yeni formatından narazılığını bildirib.

QOL.az "Diario AS"a istinadən xəbər verir ki, mütəxəssis əvvəlki formatı daha münasib hesab etdiyini deyib. UEFA-nın yeni sisteminə əsasən, 2026/27 mövsümündə komandalar sıx qrafikdə ardıcıl 4 oyun keçirəcəklər.

“Mən bu formatı bəyənmirəm. Əvvəlki formata üstünlük verirdim. Qarşıda çox sıx qrafik, yüklənmə, 4 oyun var. Bəzi hallarda uzun məsafələr qət etməli və çox səfər etməli olacağıq. Daha çox istirahət vaxtının olduğu və futbolçuların sağlamlığına daha çox diqqət yetirilən əvvəlki formata üstünlük verirdim”.

Qeyd edək ki, İspaniya Millətlər Liqasının A3 qrupunda İngiltərə, Xorvatiya və Çexiya ilə qarşılaşacaq. Komanda sentyabrın 26-da səfərdə İngiltərə, sentyabrın 29-da evdə Xorvatiya, oktyabrın 3-də evdə Çexiya, oktyabrın 6-da səfərdə Xorvatiya, noyabrın 12-də səfərdə Çexiya və noyabrın 15-də evdə İngiltərə ilə üz-üzə gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью