De la Fuente millidə qaldı RƏSMİ

21.09.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya Kral Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini artırıb.

Apasport.az xəbər verir ki, RFEF-in İdarə Heyəti 65 yaşlı mütəxəssislə əməkdaşlığın 2032-ci ilə qədər davam etdirilməsini yekdilliklə təsdiqləyib.

De la Fuente 2022-ci ilin dekabrından İspaniya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2023-cü ildə UEFA Millətlər Liqasının, 2024-cü ildə Avropa çempionatının, 2026-cı ildə isə dünya çempionatının qalibi olub.

Yeni anlaşma mütəxəssisin AVRO-2028, 2030-cu il dünya çempionatı və AVRO-2032-də də İspaniya millisinin “sükanı arxasında” qalmasını nəzərdə tutur.

Qeyd edək ki, DÇ-2030-un əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Turnirin yüzilliyi münasibətilə Paraqvay, Uruqvay və Argentinada da oyunlar keçiriləcək. 
 

Mourinyo hakimi hədəfə aldı: "O, Yamalın dostudur" Madrid derbisində “Atletiko” qələbə qazandı “Yuventus” “Atalanta”nın qapıçısını transfer etmək istəyir Günün oyunları bu kanallarda - TV AFİŞA Harri Keyndən Bundesliqada tarixi rekord
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью