De la Fuente ölkə futbolundan danışdı

15.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente La Liqanı dünyanın ən güclü futbol çempionatı hesab edir. Təcrübəli mütəxəssis öz mövqeyini ölkə təmsilçilərinin avrokuboklardakı uğurlu çıxışı ilə əsaslandırıb.

Futbolpress.az xəbər verir ki, de la Fuente Çempionlar Liqasının II turunda İspaniyanı təmsil edən 5 klubun hamısının meydandan qələbə ilə ayrılmasını xüsusi vurğulayıb. Mütəxəssisin sözlərinə görə, həmin turda mübarizə aparan bütün komandaları qalib gələn yeganə ölkə məhz İspaniya olub və bu göstərici həm klubların, həm də futbolçuların yüksək potensialını aydın şəkildə göstərir.

Baş məşqçi bu açıqlamaları UCAM universitetinin fəxri doktoru adına layiq görüldüyü təntənəli mərasimdə verib və mükafatın onun üçün böyük mənəvi dəyər kəsb etdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью